Stolüstü tennisçilərimiz Avropa birinciliyində

Stolüstü tennisçilərimiz Avropa birinciliyində

Yeniyetmə stolüstü tennisçilərimiz Avropa birinciliyinə qatılacaqlar.

“Cebhe.info” xəbər verir ki, seçmə komandamız bu məqsədlə Rumıniya paytaxtına yollanıb. Buxarest sınaqlarında 4 idmançımız bacarığını göstərəcək.

Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallı seçmə komandanın məşqçiləri Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə qələbə uğrunda mübarizə aparacaq. Yarışlara mayın 22-də start veriləcək. Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Zaur Mikayılov da Avropa birinciliyinə dəvət alıb. Təcrübəli hakim yarışın oyunlarını idarə edəcək.

"Cebhe.info"