Baydenlə xanımı 620 min dollar qazanıb

Baydenlə xanımı 620 min dollar qazanıb

Amerika Prezidenti Co Bayden və həyat yoldaşı Cil ötən il üçün 619,9 min dollar məbləğində birgə vergi bəyannaməsini açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, 23,7% gəlir vergisi dərəcəsi ilə Baydenlər federal vergilərdə qazandıqları 619,9 min dollardan 146,6 min dollar ödəyiblər. Prezidentin xanımı Virciniya ştatında da 3,5 min dollar vergi ödəyib. Prezident cütlüyü həmçinin xeyriyyəçilik üçün 20,5 min dollar bağışlayıb.

2022-ci ildə Bayden və həyat yoldaşı ailə gəliri olaraq 579,5 min dollar alıb.

Vergi sənədlərini ABŞ-nin vitse-prezidenti Kamala Harris və onun əri Duqlas Emhoff da açıqlayıb. Onların ümumi gəliri demək olar ki, 450,3 min ABŞ dolları təşkil edib ki, bunun da 88,5 min dollarından çoxu 19,7 faiz dərəcəsi ilə gəlir vergisi şəklində ödənilib.

 

"Xəzər"

"Cebhe.info"