Bu ölkələrdə ölüm riski daha çoxdur- ARAŞDIRMA

Bu ölkələrdə ölüm riski daha çoxdur- ARAŞDIRMA

Harvardın Çan adına İctimai Sağlamlıq Məktəbinin yeni araşdırmasına görə, həddindən artıq isti və həddindən artıq soyuq işemik,  hemorragik insultdan ölüm riskinin artmasını şərtləndirir.

Tədqiqatçılar müəyyən ediblər ki, həddindən artıq temperatur və insultdan ölüm arasında əlaqə yüksək gəlirli ölkələrlə müqayisədə aşağı gəlirli ölkələrdə daha güclüdür.

“Cebhe.info” xəbər verir ki,  araşdırmanın nəticələri “Stroke” jurnalında dərc olunub.

Tədqiqatçılar işemik və hemorragik insultdan ölüm hallarının çoxmillətli, çoxregional məlumat bazasını yaratmaq üçün qlobal ekoloji konsorsium olan “Multi-City Network”-dən istifadə ediblər. Məlumat bazası 1979-2019-cu illər arasında 25 ölkənin 522 şəhərində qeydə alınmış 3,4 milyondan çox işemik insult və 2,4 milyondan çox hemorragik insultdan ölümdən ibarətdir.

Araşdırma nəticəsində məlum olub ki, işemik və ya hemorragik insultdan hər 1000 ölümdən təxminən 11-i həddindən artıq soyuq və ya isti günlərə aiddir. Bu 11 ölüm hadisəsinin ən soyuq və ən isti 2,5%-i, müvafiq olaraq, 9,1 və 2,2 həddindən artıq ölümə səbəb olub. Hər 1000 hemorragik insultdan ən soyuq və ən isti 2,5% gün müvafiq olaraq 11,2 və 0,7 artıq ölümlə nəticələnib.

Alimlər həmçinin aşkar ediblər ki, aşağı gəlirli ölkələrdə yüksək gəlirli ölkələrlə müqayisədə istiliklə bağlı hemorragik insultdan daha yüksək ölüm var. Həmçinin soyuqdəymə ilə bağlı hemorragik insultdan daha yüksək ölüm ola bilər. 

Xəzər
“Cebhe.info”