Keşişdən Paşinyana Azərbaycan atalar sözü ilə CAVAB

“Vətən naminə Tavuş” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyanın hərəkatla bağlı bəyanatına cavab verib.
“Cebhe.info” xəbər verir ki, Paşinyan bundan əvvəl etiraz hərəkatının iflasa uğradığını bildirib.
Baş nazirin sözlərinə görə, bu, erməni cəmiyyəti xalqdan götürülmüş və hakimiyyət tərəfindən rəsmiləşdirilən “real Ermənistan” ideyasını başa düşərək qəbul etdiyi üçün baş verib. Müqəddəs Anna kilsəsinin həyətində mitinq başlamazdan əvvəl jurnalistlərlə söhbətində Qalstanyan bu sözü xatırladaraq “Cücəni payızda sayılarlar”,-deyib.
Onun sözlərinə görə, hərəkat etirazçılıqdan və ya müxalifətçilikdən uzaqdır.
Qalstanyan bildirib ki, bu, bütün təzahürləri ilə milli-azadlıq mübarizəsidir.
“Hakimiyyətin proqramı Ermənistanı iflasa uğratmaqdır, bizim proqram isə onlara nəinki buna imkan vermək, həm də onları kənarlaşdırmaqdır”, - Qalstanyan belə deyib. Qalstanyan “Əgər hərəkat baş tutmayıbsa, onda hakimiyyət niyə bu haqda danışır?” sualını verib.
Müşfiq Abdulla
“Cebhe.info”