Çaykənd rəhbəri: “Paşinyanla görüşdən məyus çıxdıq”

Çaykənd rəhbəri: “Paşinyanla görüşdən məyus çıxdıq”

“Hökumət Çaykənd (Kirants) kəndinin sakinlərinin fikrini eşitməyib, onlar bunu nəzərə almaq istəməyiblər . Görüş artıq məlum olan ssenari üzrə baş tutub”. 

“Cebhe.info” xəbər verir ki, bunu kəndin inzibati rəhbəri Kamo Şahinyan bu gün “News.am”-a müsahibəsində sakinlərlə Nikol Paşinyan arasında dünənki görüşdən danışarkən deyib.

“Bizim təkliflərimiz birinci dəfəki kimi idi, lakin vəziyyət dəyişməyib, hər şey olduğu kimi qalır”, - deyən Kamo Şahinyan kənd sakinlərinin Baş nazirlə görüşdən məyus və həyəcanla çıxdığını bildirib.

Kənd icra başçısının sözlərinə görə, hər şeyə rəğmən Tavuş sakinləri müəyyən dəyişikliklərin olacağı ümidi ilə yolu bağlı saxlamaqda davam edirlər.

Xəzər
“Cebhe.info”