Çörəyin içindən elə bir şey çıxdı ki...

Çörəyin içindən elə bir şey çıxdı ki...

Yaponiyada dilimlənmiş "Çojuku" çörəyinin içərisində qara siçanın qalıqları aşkar edilib.

"Cebhe.info" xəbər verir ki, bu barədə "PASCO Shikishima" şirkətindən verilən açıqlamada bildirilib.

Məlumatda bu çörəkləri yedikdən sonra indiyə qədər heç kimin xəstələnmədiyi bildirilib.

Gəmirici qalıqlarının məhsulların çirklənməsinin səbəbi ilə bağlı araşdırma aparıldığı və indiyədək təxminən 104 min bağlama çörək toplandığı açıqlanıb.

Dövlət televiziyası “NHK”-nın xəbərinə görə, "PASCO"nun paytaxt Tokiodakı fabrikinin fəaliyyəti istintaq səbəbilə dayandırılıb.

Baş ofisi Naqoyada yerləşən "PASCO Shikishima" şirkəti tərəfindən istehsal olunan "Çojuku" çörəyi ölkənin bir çox bazarlarında satılır.

Bildirək ki, Yaponiyanın tanınmış çörək istehsalçılarından olan "PASCO Shikishima"nın bir çox məhsulları ABŞ və Çinə də ixrac edilir.

Nigar Hacılı 
"Cebhe.info"