11 ildən sonra - Nazir Hidayəti təbrik etdi

11 ildən sonra - Nazir Hidayəti təbrik etdi

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev cüdoçumuz Hidayət Heydərovu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olması münasibətilə təbrik edib.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə dünya çempionatında Hidayət Heydərov 11 ildən sonra ölkəmizə yenidən qızıl medal qazandırıb.

İdmançımızı bu əlamətdar nailiyyət münasibətilə təbrik edirəm!" - nazir qeyd edib.

"Cebhe.info"