Ərdoğandan Rusiya və Ukraynaya çağırış

Ərdoğandan Rusiya və Ukraynaya çağırış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan braziliyalı həmkarı Luiz İnasio Lula da Silva ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığında Türkiyə ilə Braziliya arasında ikitərəfli əlaqələr, qlobal və regional məsələlər müzakirə edilib.

Ərdoğan Qəzza ilə bağlı daimi atəşkəsin yaradılmasının və bölgəyə humanitar yardımların çatdırılması üçün səylərin artırılmasının lazım olduğunu bildirib.

O, Türkiyənin Ukrayna ilə Rusiya arasında davam edən müharibəni yaxından izlədiyini ifadə edib, tərəfləri danışıqlara qayıtmağı, haqq və hüquq əsasında ədalətli sülhün bərqərar olması üçün çağırış edib.

"Cebhe.info"