Ermənistan prezidenti Kaliforniya qubernatoru ilə görüşdü

Ermənistan prezidenti Kaliforniya qubernatoru ilə görüşdü

ABŞ-a işgüzar səfəri çərçivəsində Ermənistan prezidenti Vahaqn Xaçaturyan Sakramentoda Kaliforniya ştatının qubernatoru Qavin Nyusom ilə görüşüb.

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikası Prezidentinin İşlər İdarəsi məlumat yayıb.

"Söhbət zamanı hər iki tərəf Ermənistan və ABŞ arasında 30 ildən artıqdır ki, bütün sahələrdə sıx və çoxşaxəli əməkdaşlığı yüksək qiymətləndiriblər. Əsasən Kaliforniyada təmsil olunan erməni icmasının erməni-amerikan münasibətlərində böyük rol oynadığı vurğulanıb", - məlumatda deyilir.

Vahaqn Xaçaturyan ABŞ-la, xüsusən də Kaliforniya ştatı ilə çoxsahəli əməkdaşlığın Ermənistan üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

"Cebhe.info"