Ermənistanda aksiya keçirən keşiş başqa ölkə vətəndaşı imiş

Ermənistanda aksiya keçirən keşiş başqa ölkə vətəndaşı imiş

“Mənim ikili vətəndaşlığım var, bunu heç vaxt gizlətməmişəm. On illik ruhani xidmətim zamanı orada aldığım Kanada pasportum var”. 

“Cebhe.info” xəbər verir ki, bunu mayın 10-da jurnalistlərlə söhbətində Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının Primatı, arxiyepiskop Baqrat Qalstanyan deyib.

“Sarı mətbuat olan “Haikakan Jamanak” qəzeti var. Bu qəzet yazır ki, arxiyepiskop Baqrat Qalstanyanın baş nazirliyə namizəd olmağa  hüququ yoxdur, onun ikili vətəndaşlığı var. Yaşasın! Nə isə, Qalstanyan Tavuş yeparxiyasının ruhani lideridir, bu, sizin Baş nazirin kreslosundan yüksəkdir. Əgər xalq bunu arzulayırsa və katolikos buna xeyir-dua verirsə, o zaman mən kimə deyim ki, yox, istəmirəm”, - Qalstanyan bildirib.

Xəzər 
"Cebhe.info"