General əsgərləri ilə birgə öldü

General əsgərləri ilə birgə öldü

Kolumbiyanın şimalında qəzaya uğrayan hərbi helikopterdə 9 əsgərin öldüyü açıqlanıb.

"Cebhe.info" xəbər verir ki, Bolivar inzibati bölgəsinin Quaraperiya kəndi ərazisində qəzaya uğrayan "Mİ-17 HK3395" nömrəli hərbi helikopterdə 1 general və 8 əsgər həlak olub.

Kolumbiya Prezidenti Qustavo Petro sosial media hesabından verdiyi açıqlamada qəzada həlak olan əsgərlər üçün böyük kədər hissikeçirdiyini bildirib.

Hərbi helikopterin “Clan del Golfo” adlı narkotik və hərbiləşdirilmiş təşkilata qarşı əməliyyatda iştirak etdiyi deyilir.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Nigar Hacılı 
"Cebhe.info"