“Google” 28 əməkdaşını işdən çıxardı

“Google” 28 əməkdaşını işdən çıxardı

“Google” şirkətinin İsrail hökuməti ilə biznes əlaqələrinə son qoyması tələbi ilə ötən gün oturaq etiraz aksiyası keçirən 28 əməkdaşı işdən çıxarılıb.

"Cebhe.info" xəbər verir ki, açıqlamada əməkdaşların “şirkət siyasətlərini pozduqlarına görə” maddəsi ilə işdən çıxarıldığı qeyd edilib.

"Google"un qlobal təhlükəsizlik üzrə rəhbəri Kris Rakov xəbərdarlıq edib ki, lazım gələrsə, əlavə tədbirlər görəcəklər.

Nigar Hacılı 
"Cebhe.info"