Gürcüstanın Baş prokuroru istefa verib

Gürcüstanın Baş prokuroru istefa verib

Gürcüstanın Baş prokuroru İrakli Şotadze istefa verib.

"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Baş prokuror rəsmi sosial şəbəkə səhifəsində yazıb.

O bildirib ki, həkimlərin tövsiyələrini nəzərə alaraq bunu edir: "Hazırda Gürcüstanın Baş prokuroru vəzifəsini tərk etmək qərarına gəldim. Səhhətimdə yaranan problemlərə görə öz səlahiyyətlərimi həyata keçirməyə davam edə bilmərəm”.

Qeyd edək ki, İ.Şotadze 18 fevral 2020-ci ildə bu vəzifəyə seçilmişdi.

"Cebhe.info"