“Lassa” qızdırması 156 nəfərin həyatına son qoydu

“Lassa” qızdırması 156 nəfərin həyatına son qoydu

Nigeriyada heyvanlardan insanlara keçən və ölümlə nəticələnə bilən "Lassa" qızdırması səbəbindən 4 ayda 156 nəfər ölüb.

"Cebhe.info" xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamada ölkədə yanvar-aprel ayları arasında “Lassa” qızdırması epidemiyasının 28 əyalətin 112 bölgəsində, eləcə də paytaxt Abucada yayılmağa davam etdiyi bildirilib.

Qeyd olunub ki, bu müddət ərzində 857 nəfərdə "Lassa" qızdırması aşkarlanıb, epidemiya səbəbindən 156 nəfər ölüb.

Ötən il isə ölkədə “Lassa” qızdırmasından 219 nəfər ölüb.

Xatırladaq ki, “Lassa” qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində yaranıb.

Siçan nəcisinə təmasla bulaşan xəstəlik insandan insana keçə bilir və ölümcül hemorragik qızdırmaya səbəb olur.

Nigar Hacılı 
"Cebhe.info"