Londonda şübhəli qılıncla polisə hücum edib

Londonda şübhəli qılıncla polisə hücum edib

İngiltərədə Londonun şərqində qılıncla silahlanmış şəxs insanlara hücum edib.

"Cebhe.info" xəbər verir ki, hadisə ilə bağlı İngiltərə Polis Xidməti (MET) açıqlama yayıb.

“Səhər saat 7-də şübhəli şəxs digər vətəndaşlara və iki polis əməkdaşına hücum edib. 

Yaralılar var, hazırda onların vəziyyəti ilə bağlı dəqiq məlumatımız yoxdir. Hadisə yerində 36 yaşlı şəxs saxlanılıb. “Hainault” metro stansiyası ərazidə polis araşdırması səbəbiylə bağlanıb. Hadisə yerinə polis və təcili yardım gələn zaman yaxınlıqdakı yollar bağlanıb, yerli avtobuslar istiqamətləndirilib”, - deyə məlumatda bildirilir. 

Nigar Hacılı 
"Cebhe.info"