"Microsoft" bu sahələrə 1,7 milyard dollar ayırır

"Microsoft" bu sahələrə 1,7 milyard dollar ayırır

ABŞ-nin texnologiya şirkəti "Microsoft", İndoneziyada bulud saxlama sisteminə (Cloud) və süni intellekt infrastrukturuna 1,7 milyard dollar sərmayə yatıracaq.

"Cebhe.info" xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında verilən açıqlamada bildirilib.

Belə ki, “Microsoft”un baş icraçı direktoru Satya Nadellanın paytaxt Cakartada İndoneziya Prezidenti Coko Vidodo ilə görüşüb.

Bildirilir ki, görüş zamanı texnologiya sahəsinə yatırılacaq investisiyaların həcmi müzakirə olunub.

Məlumatda məlumatların saxlanacağı yeni bulud sistemi və süni intellekt infrastrukturunun inkişafı üçün İndoneziyada qarşıdakı 4 il ərzində 1,7 milyard dollarlıq investisiya qoyulacağı bildirilib.

Qeyd edilib ki, investisiya həm də 840 min insana süni intellekt təhsili verəcək:

“Bu gün elan etdiyimiz rəqəmsal infrastruktur, bacarıqların əldə edilməsi və tərtibatçılara dəstək kimi investisiyalar İndoneziyanın inkişafına kömək edəcək”.

Məlumatda 1,7 milyard dollarlıq sərmayənin "Microsoft"un İndoneziyaya ən böyük investisiyası olacağı açıqlanıb.

Nigar Hacılı 
"Cebhe.info"