Müharibə ilə bağlı proqnoz: “Rusiyanın son işi qalıb”

Müharibə ilə bağlı proqnoz: “Rusiyanın son işi qalıb”

“Rusiyanın Odessanı tutması Ukrayna münaqişəsində qalan sonuncu məsələdir”. 

“Cebhe.info” xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsində yazıb.

“Mənim fikrimcə, Rusiyanın son nəticədə Odessanı alıb-almayacağı hazırda yeganə sualdır”,-deyə Mask bildirib.

Mask beləliklə “Zero Hedge” nəşrinin Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sirskinin cəbhədə vəziyyətin pisləşməsi ilə bağlı sözlərinə istinad edilən məqaləsinə münasibət bildirib.

O əlavə edib ki, Rusiya Donetsk, Xerson, Luqansk və Zaporojye vilayətlərini tam almayınca dayanmayacaq.

Xatırladaq ki, Rusiya müdafiə naziri Sergey Şoyqu dünən bildirib ki, Rusiya qoşunları bütün döyüş təmas xəttində təşəbbüsü saxlayır. Donetsk vilayətində Pervomayskoye, Boqdanovka, Novobaxmutovka və Novomikhailovka yaşayış məntəqələri ruslar tərəfindən işğal edilib. Berdıçi və Georgiyevkada Rusiyanın nəzarət zonası genişləndirilir.

Xəzər
“Cebhe.info”