Parisdə yanğın: 3 nəfər ölüb

Parisdə yanğın: 3 nəfər ölüb

Fransanın paytaxtı Parisdə bir binada baş verən yanğında 3 nəfərin öldüyü bildirilib.

"Cebhe.info" xəbər verir ki, Fransanın paytaxtı Parisin 2-ci bölgəsində "İtalyanlar Bulvarı" yaxınlığındakı binada gecə yarısı yanğın baş verib.

Yanğınsöndürənlər binanın 6 və 7-ci mərtəbələrini əhatə edən yanğına müdaxilə edərək söndürüblər.

Səhər saatlarında qruplar yanğının başladığı mənzildə 3 nəfərin cəsədini tapıb.  Hadisə nəticəsində bir nəfər yaralanıb.

Yanğının binanın 7-ci mərtəbəsində yerləşən mənzildə qaz sızmasından baş verdiyi bildirilib.

Nigar Hacılı 
"Cebhe.info"