Paşinyan suyu süfrəyə tökdü...

Paşinyan suyu süfrəyə tökdü...

Ermənistanın Baş naziri Nikol Paşinyan hüquq, yurisdiksiya, suverenlik və ərazi bütövlüyünə həsr olunmuş “Dövlət haqqında söhbətlər” adlı dördüncü videoçarxı təqdim edib.

“Cebhe.info” xəbər verir ki, Paşinyan su ilə misal çəkib, o, suyun yarısını içib, yarısını süfrəyə töküb.

 “Suverenlik, yurisdiksiya, hüquq-məsuliyyətlər və ərazi bütövlüyü- bu dörd birlik Ermənistan Respublikasının mövcudluğunu və inkişafını möhkəmləndirəcək, onun təminatçısı olacaq”,-deyə Paşinyan Tavuş vilayətində aparılan delimitasiya və demarkasiya proseslərinə münasibət bildirərkən deyib. 

“Bizim bu gün Tavuş bölgəsində, delimitasiya, demarkasiya prosesində, həmçinin sülh gündəmində gördüyümüz iş məhz konkret ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində suverenliyin yaradılması və möhkəmləndirilməsi məqsədi daşıyır. Bu çərçivədə vətəndaşların hüquq və vəzifələrinin dairəsi əhəmiyyətli dərəcədə genişləndiriləcək”,-deyə Baş nazir qeyd edib. 

Müşfiq Abdulla 
“Cebhe.info”