Paşinyanın partiyası yeni ünvana köçür

Paşinyanın partiyası yeni ünvana köçür

Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasının mərkəzi ofisi ünvanını dəyişir.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin qərarı var.

Partiyanın ofisi Hanrapetutyan küçəsinə köçürülür, hökumət binasının yanında yerləşəcək.

Bu, sahəsi 843,83 kv.m olan qeyri-yaşayış sahəsidir. 10 il müddətinə icarəyə verilib. 

İcarə haqqı ayda 10,3 milyon dram (26,75 min dollar) təşkil edir.

"Cebhe.info"