Şirkətdən ilk etiraf: COVID peyvəndi tromb yaradır

Şirkətdən ilk etiraf: COVID peyvəndi tromb yaradır

Qlobal biofarmasevtik şirkəti “AstraZeneca” ilk dəfə etiraf edib ki, onun COVID peyvəndi nadir yan təsirə - trombositopeniya sindromu ilə tromboza səbəb ola bilər. 

“Cebhe.info” xəbər verir ki, bu barədə “Telegraph” məhkəmə sənədlərinə istinadən yazır.

Nəşr yazır ki, Oksford Universiteti ilə birgə hazırladığı peyvəndin xəstələrə ciddi zərər vurduğu və hətta ölümlə nəticələndiyi üçün şirkətə qarşı qrup davası açılıb.

“Peyvənd çox nadir hallarda trombositopeniya sindromu (TTS) ilə tromboza səbəb ola bilər. Bunun səbəbləri məlum deyil”, – qəzet fevralda şirkətin məhkəməyə təqdim etdiyi sənəddən çıxarışı yayıb.

Nəşrin məlumatına görə, London Ali Məhkəməsində 51 iddia qaldırılıb, zərərçəkənlər və onların yaxınları təqribən 125 milyon dollar məbləğində təzminat tələb edir.

Qəzet yazır ki, trombositopeniya sindromu ilə tromboz qan laxtalarının əmələ gəlməsinə və trombositlərin sayının azalmasına səbəb olur.

Xəzər
“Cebhe.info”