“Tehran saniyələr ərzində cavab verəcək” - İran

“Tehran saniyələr ərzində cavab verəcək” - İran

“İsrail hücum etməyə cəhd edərsə, Tehran saniyələr ərzində cavab verəcək”. 

“Cebhe.info” xəbər verir ki, bu açıqlama ilə İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani çıxış edib.

“Əgər İsrail İran torpağına toxunmağa cəhd etsə, əvvəlki ilə müqayisədə mütləq daha güclü zərbə alacaq. Əgər İsrail növbəti səhvə yol verərsə, cavab güclü və dərhal olacaq və günlərlə və ya saatlarla deyil, saniyələrlə ölçüləcək”, - IRNA xəbər agentliyi sitat gətirib.

Xarici işlər nazirinin müavini aprelin 1-də İranın Suriyadakı səfirliyinin konsulluq şöbəsinə zərbə endirməsini İsrailin “strateji səhvi” adlandırıb. Onun sözlərinə görə, bu səbəbdən Tehran İsrail ərazisində İranın müdafiə qabiliyyətini və hərbi potensialını yoxlamaq üçün əməliyyat keçirməyə qərar verib.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani qeyd edib ki, Tehran Yaxın Şərqdə eskalasiyaya can atmır, lakin respublikaya qarşı hər hansı qeyri-qanuni və irrasional hərəkətlərə cavab vermək niyyətindədir.

Xəzər
“Cebhe.info”