Terror oldu: Polislər öldürüldü

Terror oldu: Polislər öldürüldü

ABŞ-nin Şimali Karolina ştatında axtarış aparmaq üçün getdikləri evdə silahlı hücuma məruz qalan polislərdən 4-ü həyatını itirib, 4-ü isə yaralanıb.

"Cebhe.info" xəbər verir ki, Şimali Karolina ştatının Şarlotta şəhərində axşam saatlarında məhkəmə qərarı ilə evdə axtarış aparmağa gedən polis əməkdaşlarına silahla hücum edilib.

Şarlotta polis rəisi Conni Cenninqs hadisə ilə bağlı verdiyi açıqlamada polisin axtarış aparmaq üçün cinayətdə iştirak edən şübhəlinin olduğu evə girərkən odlu silahdan atəş açdığını bildirib.

Cenninqs hücumda 4 polisin öldüyünü, 4-nün yaralandığını, bir yaralının vəziyyətinin isə ağır olduğunu deyib.

Şübhəlinin güllələndiyini və hadisə yerində həyatını itirdiyini bildirən Cenninqs, bunun Şarlotta tarixinin ən dəhşətli hadisələrindən biri olduğunu və istintaqın dərindən davam edəcəyini qeyd edib.

Digər tərəfdən, Ağ Ev, ABŞ Prezidenti Co Baydenin hadisə ilə bağlı məlumatlandırıldığını və Baydenin hadisələri yaxından izlədiyini açıqlayıb.

Nigar Hacılı 
"Cebhe.info"