Terrorçuluğu maliyyələşdirən şəxs həbs edildi

Terrorçuluğu maliyyələşdirən şəxs həbs edildi

Kaliforniya məhkəməsi Rusiya vətəndaşı Murat Kuraşevi “təyin edilmiş xarici terror təşkilatına maddi dəstək verməyə cəhd” ittihamı ilə 12 il həbs cəzasına məhkum edib.

"Cebhe.info" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Departamenti məlumat yayıb.

"Kuraşevin bu maliyyə dəstəyini vermək cəhdləri təkbaşına olmayıb. Bu cəhdlər uzun müddət ərzində baş verib və Kuraşevin bu maliyyə transferləri ilə nəyi hədəflədiyi aydındır" - deyə bildirilib.

Qeyd edək ki, Kaliforniyanın Sakramento şəhərinin sakini Kuraşev yanvar ayında günahını etiraf edib.

Məlumata görə, 2020-ci ilin iyulundan 2021-ci ilin fevralına qədər “Heyət Təhrir əş-Şam” terror təşkilatı üçün ianə toplayan iki kuryerə təxminən 13 min dollar göndərmək üçün pul köçürmə xidmətlərindən istifadə edib.

Nigar Hacılı 
"Cebhe.info"