Tokatda daha bir zəlzələ

Tokatda daha bir zəlzələ

Türkiyənin Tokat vilayətində yenidən zəlzələ qeydə alınıb.

Bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Sulusaray rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.3 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 10.2 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

"Cebhe.info"