"Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar çox çətin olacaq"
"Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar çox çətin olacaq".
UNIAN xəbər verir ki, bunu Latviya prezidenti Rinkeviçs deyib.
"Aİ-yə üzvlük həm də kifayət qədər böyük məsuliyyət deməkdir və hazırda müharibə şəraitində olan bir ölkədə islahatlar və ya transformasiyalar həyata keçirmək, əlbəttə ki, o qədər də asan deyil.
Ona görə də hesab edirəm ki, bəli, biz iyun ayında Ukrayna və Moldovaya danışıqlara başladığımız barədə müsbət siqnal verməliyik", - o qeyd edib.
"Cebhe.info"