Yüzlərlə insan daşqında ölüb

Yüzlərlə insan daşqında ölüb

Keniyada təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 169-a yüksəlib.

"Cebhe.info" xəbər verir ki, Keniya hökuməti bununla bağlı açıqlama yayıb.

Açıqlamada təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 169-a yüksəldiyi, 91 nəfərin isə itkin düşdüyü bildirilib.

Açıqlamada daşqınların paytaxt Nayrobiyə də təsir etdiyi və bəzi yolların bağlandığı, bir çox ərazinin də su altında qaldığı bildirilib, ölkə daxilində 200 mindən çox insanın davam edən leysan yağışları, daşqınlardan zərər çəkdiyi vurğulanıb.

Keniya Dəmir Yolları isə ölkə daxilində şəhərətrafı qatar xidmətlərinin dayandırıldığını açıqlayıb.

Qeyd edək ki, Keniyadan başqa, Tanzaniya, Burundi və Konqo Demokratik Respublikası kimi Şərqi Afrika ölkələri də güclü yağışların yaratdığı daşqınlardan mənfi təsirlənir.

 Nigar Hacılı 
"Cebhe.info"