İdarə Heyətindən narazı olanlar... - Anar 90 yaşlı AYB-dən danışdı

İdarə Heyətindən narazı olanlar... - Anar 90 yaşlı AYB-dən danışdı

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) yaradılmasının 90-cı ildönümüdür.

Bu münasibətlə Modern.az AYB sədri Anar Rzayevlə əlaqə saxlayıb.

Sədrin sözlərinə görə, Azərbaycan Yazıçılar Birliyi bu gün də həmişə olduğu kimi ictimai təşkilatlar arasında öz öncül və qabaqcıl yer tutur:

“AYB-də irəliləyən zamanlarda daim olduğu kimi yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur”. 

Anar Rzayev AYB-nin İdarə Heyətindən narazılıqlarla bağlı da fikrini bölüşüb. O qeyd edib ki, İdarə Heyəti ancaq Azərbaycan Yazıçılar Birliyinin Qurultayında dəyişə bilər:

“Heyətdən narazılığı olan gənc yazıçılar növbəti qurultayda gəlib heyəti dəyişdirərlər. Məncə İdarə Heyətinin dəyişdirilməsinə ehtiyac yoxdur, amma təbii ki, 3 ildən sonra başqa yazıçılar aşkara çıxacaq, əsərlər yazacaqlar. O zaman onları da nəzərı alacağıq. Ola bilsin ki, İdarə Heyətində dəyişikliklər edildi”.

"Cebhe.info"