11-12 may təhlükəli günlər olacaq- XƏBƏRDARLIQ

11-12 may təhlükəli günlər olacaq- XƏBƏRDARLIQ

Günəşdə güclü partlayışlar baş verdi. İKI və ISTP-nin Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, mayın 8-də Yer kürəsinə doğru böyük kütləvi atılma qeydə alınıb.

"Cebhe.info" xəbər verir ki, bunun nəticəsi maqnit sahəsinə birbaşa zərbə olub.  Mayın 11-də günəş kütlələri planetə yaxınlaşdıqca, Yer kürəsini maqnit qasırğaları bürüyə bilər. Ekspertlər hazırda onları 5 ballıq sistemlə 2-3 balla qiymətləndirirlər, lakin ola göstəricilər dəyişə bilər.

Hələlik geomaqnit vəziyyət sakitdir.

Ümumilikdə, may ayının əvvəlindən Günəşdə onlarla alışma baş verib, onlardan bəziləri ən yüksək miqyasda olub. Bəzi alimlər hesab edirlər ki, pik Günəş aktivliyi 2-3 ay ərzində baş verə bilər.

Xəzər

"Cebhe.info"