Döymə insanda xərçəng yarada bilər - ARAŞDIRMA

İnsan bədənindəki döymələr ciddi sağlamlıq riskləri yarada bilər.
"Cebhe.info" xəbər verir ki, bu mövzuda araşdırma olmadığı üçün İsveçin Lund Universiteti döymələrin sağlamlığa uzunmüddətli təsirlərini araşdırmaq qərarına gəlib.
Tədqiqata rəhbərlik edən tədqiqatçı Kristel Nielsen komandanın döymə və lenfoma arasındakı əlaqə haqqında daha çox öyrənmək üçün 11905 nəfərdən ibarət böyük bir qrupu tədqiq etdiyini söyləyib. Lenfoma qan xərçənginin bir növüdür.
Bu nadir xərçəng ağ qan hüceyrələrindən bədənin infeksiyalarla mübarizə aparmasına kömək edən orqanlar şəbəkəsinə yayılır:
"Biz əhali qeydləri vasitəsilə lenfoma diaqnozu qoyulmuş insanları müəyyən etdik. Tədqiqat iştirakçıları həyat tərzi faktorları ilə bağlı sorğuya cavab verdilər ki, onların döymələri olub-olmadığını müəyyən edə bilək. Məlum oldu ki, 11905 nəfərdən 2938 nəfərində 20-60 yaş arasında limfoma diaqnozu qoyulub".
Lenfoma olan qrupda 21 faiz (289 nəfər), lenfoma diaqnozu olmayan nəzarət qrupunda isə yüzdə 18 (735 nəfər) döymə olub. Alimlər belə bir nəticəyə gəliblər ki, döymənin ölçüsü limfomanın inkişaf riskini artıra bilər və onun bədənin tam olaraq harada yerləşməsinin əhəmiyyəti yoxdur.
Xəzər
"Cebhe.info