Gənclər arasında xərçəng artır - SOS

Gənclər arasında xərçəng artır - SOS

Həkimlər həyəcan təbili çalır ki, bütün dünyada gənclər arasında kolorektal xərçəng getdikcə daha çox aşkar edilir.

Xəstəliyin "cavanlaşdığı" barədə məlumatı Moskva Səhiyyə Departamentinin baş müstəqil onkoloqu İqor Xatkov da təsdiqləyib. 

“Cebheinfo.az” xəbər verir ki, həkim "Moskva 24" telekanalına müsahibəsində deyib: “Axı xərçəng yaşlıların xəstəliyidir. Xəstələrimizin demək olar ki, yarısı 70 yaşdan yuxarı insanlardır”.
 
Bununla belə, o, tibbi ədəbiyyatda gənc xəstələrdə kolorektal xərçəng hallarının artdığını göstərən məqalələrin getdikcə daha çox olduğunu deyib:

“Ona görə də biz bu məsələdə diqqətli olmalıyıq”.

Mütəxəssis onu da bildirib ki, bu xərçəng növü erkən mərhələdə aşkar edilərsə, sağalmaq olar.

Xəzər
“Cebheinfo.az”