Məktəbli uşaqların ölüm faktı artıb: Deputatdan çağırış

Məktəbli uşaqların ölüm faktı artıb.
Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
“Bu gün uşaqlar arasında ürək çatışmazlığı və səbəblərdən dünyasını dəyişənlər var. Deyə bilərik ki, dispanserizasiya formal xarakter daşıyır. Bu mexanizmə yenidən baxılmalıdır”,- deyə o bildirib.
Cebhe.info