11 yaşlı qızı "tok" vurub öldürdü

11 yaşlı qızı "tok" vurub öldürdü

Cəlilabad rayonunda 11 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb.

"Cebhe.info" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.

Kənd sakini, 2013-cü il təvəllüdlü Zəhra Niftiyevanı elektrik cərəyanı vurub. O, hadisə nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"