2 maşın toqquşdu, 2 nəfər yaralandı

2 maşın toqquşdu, 2 nəfər yaralandı

Neftçala rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Yük və minik maşınlarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, yol qəzası bu gün saat 15 radələrində Neftçala rayonunun Həsənabad kənd yolunda qeydə alınıb. Minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində xəsarət alanlar -

Əzizov Aqşin və Əzizova Günel Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"