45 yaşlı qadın qəzada öldü - FOTO

45 yaşlı qadın qəzada öldü - FOTO

Bu gün gecə saatlarında Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, Güloğlan İsmayılov idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən piyadanı vurub. Nəticədə 1979-cu il təvəllüdlü Vüsalə Əliyeva ağır xəsarətlər alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"