Axtarışda olan qadın intihar etdi

Gəncə şəhərində intihar edən qadının axtarışda olduğu məlum olub.
Bu barədə "Report"un Qərb bürosu xəbər verir.
Məlumata görə, özünü 7-ci mərtəbədən ataraq ölən Pərvanə Hüseynova Cinayət Məcəlləsinin 326-cı maddəsi ilə Gəncə şəhər Probasiya Şöbəsi tərəfindən axtarışda olub.
Xatırladaq ki, onun həmin ünvanda kirayədə yaşadığı bildirilir.
Hadisənin başvermə səbəbləri hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Cebhe.info