Azərbaycanlıların Rusiyada “qeyri-adı sərgüzəştləri”

Azərbaycanlıların Rusiyada “qeyri-adı sərgüzəştləri”

Leninqrad vilayətində qeyri-qanuni miqrasiyanın təşkili üçün daha bir kanal ifşa edilib.

Əcnəbiləri leqallaşdırdıqları üçün ər-arvad saxlanılıb.

“Cebheinfo.az”-ın Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Volosovski rayonunun Klopitsı kəndinin sakinləri - 51 yaşlı kişi və onun 46 yaşlı həyat yoldaşı  yaşamadıqları yataqxanalarda keçmiş miqrantları qeydiyyata aldırıblar. Eyni zamanda, onlar buna görə adambaşına yeddi min rubl alıblar.

Polis 2022-ci ilin may ayından etibarən cütlüyün 4 mindən çox xarici vətəndaşı qanunsuz olaraq leqallaşdırdığını müəyyən edib.

Sxemdə kişinin qohumu və birinci evliliyindən olan qızı da iştirak edib. 

Qadınların miqrantları qeydiyyatdan keçirdikləri Leninqrad vilayətində yataqxanalara yerlışdirdikləri müəyyən edilib.

Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin 2-ci hissəsi (qanunsuz miqrasiyanın təşkili) ilə cinayət işi açılıb.

4 min mqirant arasında Mərkəzi Asiya ölkələri və Azərbaycandan olanlar da var. 

Xəzər
“Cebheinfo.az”