Bakıda baş verən zəncirvari qəzanın səbəbi açıqlandı

Bakıda baş verən zəncirvari qəzanın səbəbi açıqlandı

Rəşid Behbudov küçəsində baş verən zəncirvari yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb”. 

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib.

“Bu gecə saat 00:54-də paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində doqquz nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsinin sürət yarışına çıxması göstərilir. 

Hazırda faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır”, - deyə T. Nəsirli bildirib.

"Cebhe.info"