Bakıda yaşayış binasında yanğın baş verib

Bakıda yaşayış binasında yanğın baş verib

Bakıda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə olunub.

Bu barədə "Cebhe.info"ya  Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Suraxanı rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Cebhe.info"