Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı

Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı

Bakının Yasamal rayonunda yeniyetmə qız çoxmərtəbəli binadan yıxılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2010-cu il təvəllüdlü M.Ə. Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən binanın 5-ci mərtəbəsindən yıxılıb.

Müxtəlif bədən xəsarətləri alan 14 yaşlı qızın hazırda vəziyyətinin ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır. 

"Cebhe.info"