Bakının mərkəzində sürət yarışı: 10-a yaxın maşın belə əzildi - VİDEO

Bakının mərkəzində sürət yarışı: 10-a yaxın maşın belə əzildi - VİDEO

Gecə saatlarında paytaxtın Nəsimi rayonu ərazisində ağır yol qəzası baş verib.

"Cebhe.info" xəbər verir ki, Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkət edən iki avtomobil sürücülərin idarəetməsindən çıxıb.

Bir-biri ilə ötüşən avtomobillər yol kənarındakı digər avtomobilləri əzərək yararsız hala salıb. Nəticədə 10-a yaxın avtomobilə ciddi ziyan dəyib.

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirib ki, hadisə zamanı bir nəfər xəsarət alıb: "Bu gecə saat 00:54-də paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində doqquz nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsinin sürət yarışına çıxması göstərilir.  Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır”.

"Cebhe.info"