Göyçayda traktor velosipedçini vuraraq öldürüb

Göyçay rayonunda traktor velosipedçini vurub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Cebhe.info"ya bildirilib ki, Ucar-Göyçay avtomobil yolunun Göyçay rayonunun Xəlitli kəndi ərazisindən keçən hissəsində iyulun 12-si saat 17 radələrində Mürşüd İsmayılov idarə etdiyi traktorla velosipedçi - 1963-cü il təvəllüdlü Soltanov Azad Məhəmmədəli oğlunu vurub.
A.Soltanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.
"Cebhe.info"