İmişlidə yol qəzası olub

İmişlidə yol qəzası olub

İmişli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə İmişli şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı minik avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"