Məhkəmə Əli Kərimli barədə qərar verdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində olan qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Nəsimi rayon Məhkəməsinin qərarına əsasən, Əli Kərimli 1500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, partiyanın Nəzarət Təftiş Komissiyasının sədri, daha sonra partiya sıralarından qanunsuz olaraq xaric edildiyini iddia edən Aydın Əliyev Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Aydın Əliyev isə Əli Kərimlinin təzyiqi ilə 10 iyun 2019-cu il tarixində partiya sıralarından kənarlaşdırılıb.
"Cebheinfo.az"