Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi - ŞOK DETALLAR

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi - ŞOK DETALLAR

Sumqayıt Apellyasiya Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyevin şikayətinə baxılıb. 

"Cebhe.info" "Musavat.com"-a istinadən xəbər verir ki, hakim Almaz Süleymanova İlham Əliyevin Mansur İbrahimova, Şabran Notariat Kontoruna və digərlərinə qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvinə dair qarşılıqlı iddiasını qanunsuz və əsassız hesab edib.

İlham Əliyevin şikayəti təmin olunmayıb. Hazırda İlham Əliyevə qarşı Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə şabranlı sahibkar Mansur İbrahimovun iddiasına baxılır.

Mansur İbrahimov məhkəməyə şikayətində İlham Əliyevin zəbt etdiyi, ona məxsus 52 hektar bağ torpaq sahəsinin geri qaytarılmasını tələb edir. Sahibkar deyir ki, İlham Əliyev deputat olduğu günlərdə, 2011-2019-cu illər ərzində ona məxsus olan Şabran rayonu, Gəndab, Aygünlü və Dəvəçi kəndləri ərazisində yerləşən ümumilikdə 52 hektar bağ torpaq sahələrini zəbt edib.

"Cebhe.info"