Neftçalada avtomobil aşıb

Neftçalada avtomobil aşıb

Neftçalada minik avtomobili aşıb, xəsarət alanlar var.

Hadisə Həsənabad-Qoltuq avtomobil yolunun kəsişdiyi ərazidə baş verib.

Belə ki, minik avtomobilinin aşması nəticəsində rayon sakinləri - 2005-ci il təvəllüdlü Məmmədov Vaqif Aqşin oğlu, 2006-cı il təvəllüdlü Əliyev Emil Ruslan oğlu və 2005-ci il təvəllüdlü Ağayev Rəsul Xalıq oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"