Nəsib Quliyev özünü güllələdi – YENİLƏNİB
Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.
"Cebhe.info" hadisə Abşeron rayonu Goradil qəsəbəsində qeydə alınıb.
1951-ci il təvəllüdlü Nəsib Quliyev evində ov tüfəngi ilə özünü güllələyib. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb edilib.
***13:56
Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyevin intihar etdiyi deyilir.
"Cebhe.info" News365.az-a istinadən xəbər verir ki, onun özünü güllələdiyi iddia edilir.
Xatırladaq ki, Nəsib Quliyev 2021-ci ildə Respublikanın baş pediatrı vəzifəsindən azad olunub.
Qeyd edək ki, Nəsib Quliyev 1951-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Aşağı Şorca kəndində anadan olub.1965-ci ildə kənd 8 illik məktəbini,1967-ci ildə isə qızıl medalla Daşkənd kəndi orta məktəbini bitirib. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
O, K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, 2007-ci ildən Türk Dünyası Pediatriya Birliyinin prezidenti vəzifələrində çalışıb. Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisidir. 2000-ci ildən əməkdar elm xadimidir. Nəsib Quliyev 500-dən artıq elmi əsərin müəllifidir.
Ailəli idi, 3 övladı var.
"Cebhe.info"