Qubanın Qəçreş kəndini su basıb? - RƏSMİ AÇIQLAMA

Qubanın Qəçreş kəndini su basıb? - RƏSMİ AÇIQLAMA

Qubanın Qəçreş kəndində su kəməri partlayıb.

Nəticədə kəndin yolunu və bir evi su basıb. Belə ki, kənd sakini Şahid Məmmədovun evi partlayan kəmərdən axan su fontanının təsirindən ziyan görüb, evin zirzəmisini su basıb.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində fəaliyyət göstərən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı “Cebhe.info”-ya bildirib ki, partlayan su borusu Quba şəhərinin magistral su xətti olub:

“2013-cü ildən sonra magistral su xətti yalnız Qəçreş kəndinə xidmət göstərib. Hazırda Regional su kanal idarəsinin əməkdaşları qəzanın nəticələrini aradan qaldırmaq üçün bütün mümkün tədbirləri görürlər. Ən qısa zamanda problem aradan qaldırılacaq”.

Həsən Məmmədov
“Cebhe.info”