Sabunçuda köməkçi tikili yandı

Sabunçuda köməkçi tikili yandı

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 40 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları qismən yanıb.

Fövqləladə Hallar Nazirliyindən verilən xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Cebhe.info"