32 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

32 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tərtər rayonunda 32 yaşlı Abil Mətləb oğlu Əliyevi öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Cinayət əməlini törətməkdə şübhəli bilinən, A.Əliyevin qardaşı 1991-ci il təvəllüdlü Sədi Mətləb oğlu Əliyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Araşdırma aparılır", - məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, ötən gün Tərtər rayonunda 1992-ci il təvəllüdlü kişi qətlə yetirilib.

"Cebhe.info"